27 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ” Bundesliqa klubu ilə qarşılaşacaq

Avstriya toplanışında “Qarabağ”ın üçüncü rəqibi məlum olub.

Komanda iyulun 15-i Almaniya Bundesliqa təmsilçisi “Auqsburq”la qarşılaşacaq. Oyunun başlama saatı barədə daha sonra məlumat veriləcək.

Komanda iyulun 7-də Bolqarıstanın ÇSKA (Sofiya), 11-də isə Rusiya təmsilçisi “Arsenal”la (Tula) yoldaşlıq oyunu keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43