21 Dekabr 2024
Ölkə futbolu

“Qarabağ” “Bursaspor”la heç-heçə etdi

Türkiyənin İzmir şəhərində “İzmir Cup-2023” beynəlxalq turniri start götürüb.

Idmanxeber.az xəbər verir ki, E qrupunda mübarizə aparan “Qarabağ” klubunun U-12 komandası ilk turda Türkiyə “Bursaspor”u ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.

“Qarabağ”ın U-12 komandası bu gün Niderlandın “Ayaks” və Serbiyanın “Srvena Zvezda” komandaları ilə qarşılaşacaq.

“Qarabağ” E qrupunda “Bursaspor”la yanaşı, “Ayaks”, “Başakşəhər”, “Portu”, “Ayntraxt”, “Srvena Zvezda”, “Manisa” və “Altınordu” ilə mübarizə aparır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43