Ölkə futbolu

“Qarabağ” bütün komandalardan fərqlənir” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya mətbuatına müshaibə verib.

İdmanxeber.az-ın məlumatına görə, gənc mütəxəssis Premyer Liqamızda barədə də danışıb. O, “Qarabağ”ın bütün komandalardan fərqləndiyini bildirib:

“Ardıcıl səkkiz ildir avrokubokların qruplarında oynayırlar. Son iki ildə komanda əla nəticələr göstərərək Avropada yaz mövsümünə adlayır. Digər top klub “Neftçi”dir. Böyük ənənələrə və yaxşı imkanlara malik klubdur. Daha bir neçə kifayət qədər güclü, təxminən eyni səviyyəli komandalar mövcuddur – “Sabah”, “Qəbələ”, “Zirə”.

Məndən öncə hamı “Sabah”la açıq futbol oynayırdı. Və bu, mənim xoşuma gəldi. Hücuma qarşı hücum. Sonra nəticələrimiz yaxşılaşmağa başladı. Cari mövsümdə bir çox komanda buna görə bizə qarşı daha diqqətli, yaxın oynayır. İndi mənim vəzifəm belə sıx müdafiəyə qarşı necə hərəkət etməkdir. Cədvəlin “aşağı beşinci” komandaları ilə oynayırıqsa, onda hər şey mövqe hücumlarına düşür. Turnirin liderləri ilə oynayanda matçlar daha açıq, hücuma hücumla keçir”.

M.Musayev bildirib ki, “Sabah”ın güclü tərəfləri motivasiya, nizam-intizam və yüksək sürətlə görülən  çoxlu işdir: “Təzyiq, pressinq və müdafiədən hücuma sürətli keçid. Əgər bunu yaxşı etsək, bizə qarşı oynamaq istənilən rəqib üçün çətindir. 90 dəqiqə təzyiq altında qalmaq ağırdır. Ona görə də futbolçuları düzgün hazırlamaq, düzgün söz tapmaq çox vacibdir. Hər oyunda onlardan maksimum yararlanmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43