Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
İdmanxeber.az-ın məlumatına görə, turnirdəki yeganə təmsilçimiz “Qarbağ” da bugünkü oyunlardan sonra öz potensial rəqibini tanıyacaq. Belə ki, Ağdam klubu sabahkı “Dandolk”la görüşdə sərfəli nəticə qazanıb, mərhələ adlayacağı təqdirdə APOEL (Kipr) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlər arasındakı ilk oyunda kiprlilər səfərdə 1:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, “Qarabağ” və “Dundalk” arasında cavab görüşü iyulun 31-də “Dalğa Arena”da keçiriləcək. İrlandiyadakı görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
21:00. APOEL (Kipr) – “Sutyeska” (Monteneqro)
İlk oyun – 1:0
21:00. “Nımme Kalyu” (Estoniya) – “Seltik” (Şotlandiya)
İlk oyun – 0:5
21:00. “Makkabi” (Təl-Əviv, İsrail) – ÇFR (Rumıniya)
İlk oyun – 0:1
22:00. “Bazel” (İsveçrə) – PSV (Hollandiya
İlk oyun – 2:3
22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Saburtalo” (Gürcüstan)
İlk oyun – 2:0
22:00. “Valletta” (Malta) – “Ferentsvaroş” (Macarıstan)
İlk oyun – 1:3
“Olimpiakos” (Yunanıstan) – “Viktoriya” (Çexiya)
İlk oyun – 0:0