Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani” ilə qarşılaşacaq “Qarabağ” bu görüşlərdən ümumilikdə məğlub ayrılsa o zaman yoluna Avropa Liqasında davam edəcək.
İdmanxeber.az-ın məlumatına görə, artıq “köhlən atlar”ın Avroliqadakı potensial rəqibi də müəyyənləşib.
Ağdam klubu ÇL-də ilk mərhələni keçə bilməsə, Avroliqanın ikinci təsnifat mərhələsində “Şerif” (Moldova) – “Saburtalo” (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Moldova və Gürcüstan təmsilçiləri ÇL-in 1-ci təsnifat mərhələsində üz-üzə gələcəklər.