Təmsilçimiz “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Dundalk” səddində ilişəcəyi təqdirdə Avroliqada hansı komandalarla qarşılaşa biləcəyi məlum olub.
İdmanxeber.az-ın məlyumatına görə, Ağdam klubu İrlandiya təmsilçisinə uduzsa, Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Slovan” (Slovakiya) – “Ferronikeli” (Kosovo) cütünün qalibinə rəqib olacaq. “Qarabağ”ın Avroliqaya düşsə, 3-cü mərhələdə ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.