18 Oktyabr 2024
Kateqoriyasız

“Qarabağ” – “Dnepr” matçını canlı yayımlayacaq kanallar

Bu gün keçiriləcək “Qarabağ” – “Dnepr” oyunu təkcə ölkəmizdə canlı yayımlanmayacaq.

İdmanxeber.com-un məlumatına görə, saat 21:00-da başlayacaq qarşılaşmanı Rusiyanın “Sport Soyuz” kanalı da canlı yayımla azarkeşlərə nümayiş etdirəcək.

Ölkəmizdə isə bu matçı İdman Azərbaycan mavi ekranlara daşıyacaq. 

Qeyd edək ki, “Qarabağ” – “Dnepr” matçı Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43