Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqində Azərbaycanın dörd təmsilçisi düşüb.
İdmanxeber.az-ın məlumatına görə, son Azərbaycan çempionu “Qarabağ”ın mövqeyində dəyişiklik olub. Ağdam klubu 14 pillə irəliləyərək (191,25 xal) 39-cu yerdə qərarlaşıb.
“Zirə” (62,25 xal) səkkiz pillə irəliləyərək 361-ci, “Sabah” (60,75 xal) doqquz mövqe artıraraq 379-cu, “Neftçi” (59,25 xal) altı sıra irəliləyərək 397-ci olub.
Dünya reytinqinə İspaniyanın “Real” klubu (371 xal) başçılıq edir.