“Qarabağ” iki futbolçusu ilə müqavilə yeniləyib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu yayda komandadan ayrılacağı deyilən Miçel Madeyraya yeni müqavilə təklif edib və ispan futbolçu “köhlən atlar”da qalmağa “hə” deyib. Bundan başqa Qara Qareyev də “Qarabağ”da karyerasını davam etdirəcək.
Futbolçularla iki illik müqavilə imzalanıb.