08 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ” İtaliyada ilk məşqinə çıxdı

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda səfərdə “İnter”lə qarşılaşacaq “Qarabağ” bu gün İtaliyada ilk məşqinə çıxıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, dünən çarter reysi ilə birbaşa Milana gedən Ağdam təmsilçisi həmin gün istirahət edib. “Qarabağ” bu gün  yeganə məşqlə kifayətlənib.

Komandanın heyətində zədəli olan Danilo Dias və Çumbinyo İtaliyaya aparılmayıb,digər futbolçular isə komanda ilə birlikdədir. “Qarabağ” yerli vaxtla saat 12:00-da məşqə çıxıb və məşq 90 dəqiqə davam edib.

“Qarabağ” sabah oyun öncəsi son məşqinə çıxacaq. Məşq yerli vaxtla 19:30-da, Bakı vaxtı ilə isə 22:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43