Kateqoriyasız

“Qarabağ” “Keşlə”ni darmadağın etdi

Yeni mövsümə hazırlığı Bakıda davam etdirən “Qarabağ” və “Keşlə”yoxlama oyunununda üz-üzə gəlib.

“Azərsun Arena”da keçirilən görüşdə Ağdam təmsilçisi 7:0 hesabı ilə qalib gəlib. Xayme Romero və Musa Qurbanın dubl etdiyi matçda hərəyə bir dəfə Abdullah Zubir, Kadi Borqes, Hüseyn Hüseynzadə fərqlənib.

Hər iki komanda bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək.

Yoxlama oyunu
16 iyun

18:00. “Qarabağ” – “Keşlə” – 7:0
Qollar: 
Abdullah Zubir, 22, Xayme Romero, 28, 30, Musa Qurbanlı, 44, 47, Kadi Borqes, 61, Hüseyn Hüseynzadə, 88


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43