Xəbər verdiyimiz kimi, ölkə çempionu “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə qarşılaşacaq.
İdmanxeber.az-ın məlumatına görə, əgər Ağdam təmsilçisi “Lex” səddini keçə bilməsə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Slovan” (Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan), cütlərindən birinin məğlubu ilə qarşılaşacaq.
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21-28 iyulda olacaq.