Kateqoriyasız

“Dinamo” Mahirin durumuna uyğun davrandı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) dünən yeni mövsümün hazırlıqlarına start verib.

İdmanxeber.az xəbər verir ki, Zaqreb klubunun məşqçilər korpusu millidə oynayanların toplanışa daha gec qoşulması və istirahət etməsi üçün imkan yaradıb.

Onların sırasında Mahir Emrelinin də adı var. 24 yaşlı forvard “Dinamo”nun düşərgəsinə iyunun 22-də qoşulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43