Avropa Liqasının qrup mərhələsində 2-ci turun oyunları keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, turnirdəki təmsilçimiz “Qarabağ” səfərdə “Dudelanj”la qarşılaşıb.
Oyunun əvvəlindən sonuna kimi oyuna hakim olan təmsilçimiz böyühesablı qələbə qazanıb.
Qrupun digər oyununda “Sevilya” APOEL-i qəbul edib. Görüş ispanların qələbəsi ilə yekunlaşıb – 1:0. Bununlada “Qarabağ” ikinci pilləyə yüksəlib.
3 oktyabr
A qrupu
23:00. “Düdelanj” (Lüksemburq) – “Qarabağ” (Azərbaycan) – 1:4
Qollar: Abdullah Zubir, 11 (0:1), Miçel, 31 (0:2), Almeyda, 38-pen (0:3), Dani Kintana, 69 (0:4), Bernier, 90 (1:4)
Qırmızı vərəqə: Qaros, 62-ikinci sarı vərəqə (“Düdelanj”)
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).
Lüksemburq. “Jozi Bartel” stadionu.