Kateqoriyasız

“Mən fəxr edirəm ki, azərbaycanlıyam” – Qurban Qurbanov

“Şükürlər olsun ki,burdan gözəl qalibiyyətlə vətənə dönürük. Futbolçularıma təşəkkür edirəm. Azarkeşlərimizi də təbrik edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Dudelanj”la oyundan sonra deyib.

Təcrübəli mütəxəssis məlum təxribat haqda isə bunları dedi:

“Oyun yarımçıq dayandırılandan sonra futbolçularımız soyunub-geyinmə otağında məyus olmuşdular. Onları yenidən oyuna kökləmək çətin oldu. Ancaq sözümü eşitdilər. Təxribat qorxaqların işidi. Biz meydanı tərk etsəydik, bizim üçün problem yarana bilərdi. Biz peşəkarıq. Biz qorxaq deyilik, meydandan qaçmağı da bacarmarıq. Belə hallar ola bilər. Məğlub olsaydıq da belə, meydana qayıdıb sona qədər mübarizə aparacağdıq. Döyülə, məğlub ola, yıxıla bilərik. Amma qaçmaq bizlik deyil.

Mən bunu qorxaqlıq adlandırıram. Belə bir şey bir dəfə də olmuşdu. Mən fəxr edirəm ki, azərbayacanlıyam. Mən fəxr edirəm ki, “Qarabağ” kimi komandanı çalışdırıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43