Kateqoriyasız

“Qarabağ” “Marsel”lə oyun öncəsi azarkeşlərə müraciət etdi

Fransada “Marsel” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda qonaq komandanın azarkeşləri üçün nəzərdə tutulmuş biletlər matç günü satışa çıxarılacaq.

İdmanxeber.az “Qarabağ”ın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı tribunadan izləmək istəyən fanatlar biletləri saat 17:00-dan 20:30-dək matçın oynanılacağı “Velodrom” arenasında ayrılacaq kassadan ala bilərlər. Biletlərin qiyməti 20 avrodur. “Qarabağ” azarkeşləri üçün stadiona giriş 20-ci qapıdan olacaq.

Bildirilib ki, stadiona avtomobillə gələcək azarkeşlər P3 parkinqindən istifadə edə bilərlər. Avtomobil üçün yerlərin sayı məhduddur (22 yer).

Fevralın 17-də keçiriləcək “Marsel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43