Kateqoriyasız

UEFA fransızlara göstəriş verdi: “Marsel” – “Qarabağ” oyunu üçün ciddi tədbirlər

UEFA “Marsel” – “Qarabağ” matçı böyük önəm verir.

İdmanxeber.az Fransa mətbuatına istinadla xəbər verir ki, Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək bu görüş bütün matçlar içərisində ən təhlükəli oyun kimi qələmə verilir. Hər halda futbol qrumu mümkün təhlükələri göz önünə alaraq matçın təhlükəsizlik məsələlərinə olduqca önəm verir.

UEFA isidentlərin qarşısını almaq üçün Ağdam klubunun azarkeşləri üçün fəaliyyət göstərəcək xüsusi bilet satışı məntəqəsi ciddi mühafizə olunacaq. Görüşün oynanılacağı “Velodrom” stadionunda yerli və qonaq komandanın fanatları arasında boş tribunalar saxlanılacaq ki, bu da “bufer zona” yaratmaq məqsədi daşıyır.

Stadionunun üzərində dron uçuşuna və fanatların priotexniki vasitələrdən istifadəsinə icazə verilməyəcək.

Təhlükəsizlik idarəsinin və bir neçə polis bölməsinin əməkdaşları stadionun ətrafında, içərisində və ictimai nəqliyyatda və şəhərin mərkəzində yerləşdiriləcək. Bu addım hər hansı qanunsuz kütləvi toplaşmaların qarşısı almaq və problem yaranarsa, dərhal müdaxilə etmək məqsədi ilə atılıb. Pilotsuz uçuş aparatları ilə ümumi vəziyyətə nəzarət olunacaq.

Fevralın 17-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43