Premyer Liqanın VI turunda “Neftçi” ilə qarşılaşacaq “Qarabağ” bu matçın hazırlıqlarına başlayıb.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının qrup mərhələsində “Tottenhem”lə qarşılaşmadan sonra birbaşa Gəncəyə yollanan Ağdam təmsilçisi bazar günü “Kəpəz”lə qarşılaşmadan sonra Bakıya dönüb və bir gün istirahət edib. Qurban Qurbanovun komandası bu gün klubun yeni bazasında məşq edib.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu sentyabrın 26-da keçiriləcək.