Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.
İdmanxeber.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” qrupda əsas rəqibi olan “Molde” ilə Norveçdə qarşılaşıb. Təmsilçimiz görüşdən 1 xalla ayrılıb -2:2.
Bu nəticənin ardından “Qarabağ” 7 xalla ikinci pillədə qərarlaşıb. Ağdam təmsilçisi növbəti turda Bakıda “Hakken”i məğlub etsə, tarixində ilk dəfə Avropa Liqasında pley-offa vəsiqə qazanacaq.
“Qarabağ” – “Hakken” matçı dekabrın 14-də, saat 21:45-də start götürəcək.
30 noyabr
UEFA Avropa Liqası
Qrup mərhələsi, 5-ci tur
00:00.”Molde” (Norveç) – “Qarabağ” (Azərbaycan) 2:2
Qol: Juninyo, 12, Eriksen 82,87, Bəhlul Mustafazadə 90+5