Kateqoriyasız

“Qarabağ” öz oyununu göstərib nəticəni dəyişə bildi” – Kurban Berdiyev

Avropa Konfrans Liqası qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ” Bakıda “Kayrat”ı məğlub edib.

Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında Qazaxıstan təmsilçisinin baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb:

– Matçla bağlı fikirləriniz necədi?

– İki fərqli hissə oldu. Birinci yarının nəticəsinə görə, hesabı qorumaq istədik. Amma “Qarabağ” öz oyununu göstərib nəticəni dəyişə bildi.

– Bu gün Bakıda futbol havası necə idi?

– Atmosfer yaxşi idi. Azarkeşler komandalarını yaxşı dəstəklədi.

– Sizi daha çox “Rubin”dən tanıyırıq. Oynatdığınız ultramüdafiə futbolu başa düşülən idi. Bəs bu gün “Qarabağ”a qarşı oynadılan oyunu necə başa düşək?

– “Qarabağ”ın hücum xətti güclüdü. Burada səhv etmək olmazdı. İlk yarıda öhdəsindən gəldik. İkinci hissədə “Qarabağ” layiqli qələbə qazandı. İkinci hissədə daha çox səhvlər başladı. “Qarabağ” da səhvlərdən istifadə etdi. Hesabı qorumağa çalışırdıq, amma “Qarabağ” üstün oldu.

– 90 dəqiqə standart vəziyyətlər zamanı texniki zonada otururduz. Bu ritual idi?

– Xeyr. Standart vəziyyətlərlə məşğul olan məşqçi göstəriş verirdi.

– “Kayrat”ın qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsiz?

– Bugünkü oyundan sonra  şansımızı raha az qiymətləndirirəm. Amma şanslar qalıbsa, mübarizəni davam etdirəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43