Kateqoriyasız

“Qarabağ”ın qələbə qolunu vurdu, ağladı

Xəbər verdiyimiz kimi, Konfrans Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “Qarabağ” doğma meydanda “Kayrat”ı 2:1 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, 90+1-ci dəqiqədə qələbə qolunu vuran Abbas Hüseynov hesabı Ağdam klubunun xeyrinə dəyişdikdən sonra göz yaşlarına hakim ola bilməyib. O, həm qoldan sonra, həm də matçdan sonra sevinc göz yaşları töküb. Komandanın futbolçuları onu sakitləşdiriə bilib.

Qeyd edək ki, bu qələbədən sonra “Qarabağ” qrupda 7-ci xalını qazanıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43