05 Dekabr 2024
Dünya futbolu

“Qarabağ” “Qalatasaray”la avqustda yenidən oynaya bilər

“Qalatasaray”ın prezidenti Dursun Özbək yeni bir turnir keçirilməsinə təklif edib.

İdmanxeber.az xəbər verir ki, bu barədə Türkiyənin “Skorer” nəşri məlumat yayıb. Bildirilir ki, İstanbul klubunun rəhbəri Heydər Əliyevin 100 illiyinə həsr olunan türk dövlətləri komandalarının iştirakı ilə yeni bir turnir keçirilməsini təklif edib.

Turnir barədə artıq müzakirələrin başladığı bildirilir. Ölkə başçısı İlham Əliyevin də bu təklifə müsbət yanaşdığı vurğulanıb. Əliyev eyni zamanda “Köhlən atlar”ın Qarabağda da “Qalatasaray”la qarşılaşmasını istədiyini bildirib. 

Oyunların avqustun sonunda keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Bakıda keçirilmiş “Qarabağ” – “Qalatasaray” matçı Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43