Dünya futbolu

“Real”ın prezidenti “Fənərbağça”nın oyunçusunu istəyir

“Real”ın prezidenti Florentino Peres “Fənərbağça”nın gənc futbolçusunu bəyənib.

İdmanxeber.az “El Nacional”a istinadən xəbər verir ki, klub rəhbəri 18 yaşlı oyunçunu  transfer etmək niyyətindədir. Peres Ardanı gələcəyin böyük ulduzu kimi görür.

Mənbə yazır ki, Karlo Ançelottinin rəhbərlik etdiyi komandada gənc isimlərin sayı azdır.

Bu səbəbdən də Madrid təmsilçisi yeni mövsümdən heyətə ulduz olmağa namizəd oyunçuları heyətinə cəlb etməyi düşünür.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43