Antalyada olan "Qarabağ" təlim-məşq toplanışını bu gün yekunlaşdıracaq.
İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisi son oyun günündə iki yoxlama görüşü keçirəcək.
Qurban Qurbanovun yetirmələri ilk öncə Avstriyanın “Admira Uaker” klubu ilə üz-üzə gələcək. Bu oyun Bakı vaxtı 18:15-də başlayacaq.
"Köhlən atlar" daha sonra Polşanın "Yaqelloniya" klubu ilə qarşılaşacaq. Həmin görüşün start fiti Bakı vaxtı ilə saat 20:15-də veriləcək.
Qeyd edək ki, “Qarabağ” ilk yoxlama oyununda Almaniyanın regional liqa təmsilçisi "Rot-Vays" klubuna 1:0, Macarıstanın "Dioşqyor" klubuna isə 4:0 hesabı ilə qalib gəlib.
23 yanvar
Yoxlama oyunları
18:15. “Qarabağ” (Azərbaycan) – “Admira Uaker” (Avstriya) 3:4
Qol: Cavid Tağıyev 14.
20:15. “Qarabağ” (Azərbaycan) – “Jagelloniya” (Polşa) – 0:1