23 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ” rəqibdən asılı olmayaraq, öz oyun üslubundan əl çəkmir”

“Qarabağ”ın sabiq futbolçusu Blazenko Bekavats “Dinamo” qarşısında Ağdam təmsilçisinin şanslarını dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, xorvatiyalı sabiq futbolçu “köhlən atlar”ın olduqca güclü oyun nümayiş etdirdiklərini bildirib:

“Qarabağ”ın bugünkü futbol fəlsəfəsi ilə iyirmi il əvvəlki arasında heç bir fərq yoxdur. Sadəcə, indi daha yırtıcı hücum futbolu oynayırlar. Bu komanda rəqibdən asılı olmayaraq, öz oyun üslubundan əl çəkmir.

“Dinamo”nun yeganə üstünlüyü Çempionlar Liqasındakı təcrübəsidir. Düşünürəm ki, çox çətin oyun olacaq. Amma Zaqreb təmsilçisinin ilk matçda qazanılmış 3:0 hesablı üstünlüyü əldən verəcəyinə inanmıram”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” matçı saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43