22 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ” sadiq azarkeşlərindən üz döndərdi

Avropa Liqasının pley-off mərhələsinin cavabn görüşü çərçivəsində "Qarabağ" bu gün "Yanq Boyz"la qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun rəhbərliyi budəfəki addımları ilə azarkeşlərini üzüb. 

İlk öncə biletlərin qiymətləri artırıldı. Əgər "Seltik"lə oyunda sektorlar üzrə ən bahalı bilet 10 manat olmuşdusa, bu dəfə bu qiymət 15 manat təşkil edir.

Artıq bir neçə fan-klubun da bileti kəsilib. Məsələ burasındadı ki, stadionun dolacağından əmin olan "Qarabağ" rəhbərliyi sadiq azarkeşlərindən üz döndərib. Onlara ən yaxşı halda bir də ehtiyac duyulduqda yetəri sayda bilet verəcək.

Bundan əlavə öncəki oyunlarda stadionun tirbunalarına 30 min bayraq düzülürdü. Lakin bu dəfə buna lüzum görülməyib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43