21 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ” səddini keçmək asan olmayacaq”

İsveçrənin “Yanq Boyz” klubunun direktoru Fredi Bikel Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları “Qarabağ” haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, “gənc oğlanlar” ləqəbli komandanın rəsmisi “Qarabağ” səddini keçməyin asan olmayacağını bildirib:

“Təbii ki, hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Ancaq “Qarabağ” səddini keçmək asan olmayacaq. Azərbaycan təmsilçisi az qol buraxan, beynəlxalq təcrübəsi olan komandadır. Sabahkı görüşdə onları nə gözlədiyini bilirik”.

Qeyd edək ki, sabah keçiriləcək “Yanq Boyz” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43