Avropa Liqasının pley-off mərhələsində sabah keçiriləcək “Qarabağ” – “Şerif” oyununa bilet satışı davam edir.
İdmanxeber.az-ın Ağdam klubunun Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, artıq qarşılaşmaya 13 min bilet satılıb.
Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Tofiq Bəhramov adına Respublika stadionun kassalarında, 28 Mall-da, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.