Kateqoriyasız

Qurban Qurbanov: “Soyuqqanlı olmağa çalışacayıq”

Sabah “Qarabağ” “Şerif”i qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, UEFA Avroliqasının pley-off mərhələsinin cavab qaşılaşmasında “Qarabağ” “Şerif”i qəbul edəcək. Oyundan öncə keçirilən ənənəvi mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov oyun barəsində fikirlərini bölüşüb.

“Avrokuboklarda sonuncu mərhələ oyunumuzda çalışacayıq qalib gələk. Doğma meydanda qələbə qazanmaq üçün mübarizə aparacayıq. Hər bir oyunçu əlindən gələni etməyə çalışacaq. Rəqibimiz çox ciddi rəqibdir. Yaxşı müdafiə olunmağı bacarır. İşimiz çox da asan deyil. Mümkün qədər soyuqqanlı olmalıyıq”.

-Sabahkı oyunda Zubir oynaya biləcək? Ümumiyyətlə heyətdə hər hansı bir dəyişiklik olacaq?

Zubirlə bağlı tam qərarı sabah verəcəm. Bəli, biz qol vurmalıyıq. Bunun üçün müxtəlif çaılışmalarımız olub. Təbii ki, həddindən artıq diqqətli olmağa çalışmalıyıq. Vaxtımız az da olsa çalışa bilmişik.

-“Şerif”in əsas oyunçularından biri Kendez sabah olmayacaq. Sizcə bu bizim üçün üstünlükdür?

Rəqibin heyətində kifayət qədər oyunçu var. Onun olmamasının bizim üçün üstünlük olduğuna inanmıram.

-“Qarabağ”ın son oyunlarda göstərdiyi oyunlara baxsaq komanda geriyə düşdükdə çox stressli olur. Bunun səbəbi nədir ?

Stress hərz zaman olur. Hər zaman da olacaq. Bu həmişə normal qəbul edilməldir. Demək ki, oyunçuda məsuliyyət var. Asan deyil. Bu cür qarşılaşmaların ab-havası fərqli olur. Ancaq dediyim kimi stress olması problem deyil.

-Oyunçularda uduzmaq qorxusu var?

Bu fikir bütün komandalarda, hər oyunçuda olur. Hər şeyi gözümüzün qabağına gətiririk. Ancaq buna baxmayaraq biz meydana qalib gəlmək üçün çıxırıq.

-Azarkeşlərə ismarıcınız varmı?

Onlar hər zaman bizə dəstək olublar. İnanıram ki, sabah da olacaqlar.

-Ozobiç ölkə çempionatında yaxşı, avrokuboklarda nisbətən zəif olur. Buna səbəb nədir?

Təbii ki, çempionat oyunu ilə belə oyunlar bir olmur. Ola bilsin ki, o, oyundan-oyuna daha da artıracaq.

-Azarkeşlərin az olması polislərin onlara qarşı kobud davranmasından ola bilər?

Bu hər yerdə müşahidə edilən məsələdir. Bunun təsir edəcəyini düşünmürəm. Hər yerdə polis-azarkeş mübahisəsi olur. Ümid edirəm ki, bu hallar yaşanmayacaq. Sabah polis, azarkeş hamı birlikdə komandaya dəstək olmalıyıq.

-Müdafiədə olan səhvlər hamısı Rəşadın üstündə qalır. Ancaq nəzər yetirsək komandada çox oyunçuda problem var. Sabahkı oyunda heyətdə dəyişiklik görə bilərik?

Problemlər olur. Rəşada ünvanlanan tənqidlərdən xəbərim var. Ancaq biz belə şeylərdən uzaq olub oyuna köklənməliyik. Bu klubun uğurlarında ən böyük pay sahiblərindən biri Rəşaddır. Sabah da meydanda olacaq. Hər il nəzər yetirsək bəzi oyunçular üs-üstə müəyyən səbəblərdən belə səhvlər edirlər. İnanıram ki, sabah bu təkrarlanmaz.

-Araz Abdullayevin komandaya cəlb etmə söz-söhbəti var. Bu barədə nə deyə bilərsiniz?

Arazın klubuyla müəyyən problemləri var. Onları həll etsə bu barədə danışmaq olar. Hər halda yerli futbolçudur. Həmişə istəmişik yerli oyunçulara şans verək.

-Sisteminiz hamımıza bəllidir. Adətən səbrli oyun oynayırsınız. Bəs sabah necə, dərhal hücuma atılacaqsınız?

Əslində bizim sistemimizdə topa yiyələnmək və hücum etməkdir. Çünki top nə qədər bizdə olsa rəqibin təhlükə yaratma ehtimalı bir o qədər az olar. Bacardığımız qədər topun bizdə qalmasına çalışacayıq. Təbii ki, bəzi oyunlarda bunu həyata keçirdə bilməmişik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43