Kateqoriyasız

Qoran Sabliç: “İlk oyundan daha yaxşı oynamalıyıq”

“Şerif”in baş məşqçisi sabahkı oyundan danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Sabah UEFA Avroliqasının pley-off mərhələsinin cavab oyununda “Şerif” komandası “Qarabağ”ın qonağı olacaq. Oyundan öncə keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qoran Sabliç oyun barəsində açıqlama verib.

“Sabah biz cavab qarşılaşmasına çıxacayıq. Təbii ki, bu, çox çətin olacaq. Rəqibimiz çox güclüdür. Və üstəlik öz meydanında oynayır. İlk oyunda aldığımız nəticə qrup mərhələsi üçün şansımızı artırır. Ancaq ilk oyundan daha yaxşı oyun göstərməliyik”.

-Sabah sizi bakıda nə gözlədiyindən xəbəriniz var?

Təbii ki, var. Dolu stadion, güclü rəqib, çətin oyun. Hamısından xəbərdaram. Ancaq nə biz, nə də rəqib ilk dəfə deyil ki, belə atmosferdə oynayacaq. Sözsüz ki, asan olmayacaq”.

-“Qarabağ” BATE səfərində ehtiyatlı oyuna üstünlük verərək, qorxaq futbol oynadı. Siz də sabah  bu cür oynayacaqsınız?

Hər komandanın öz gücü, çatışan və çatışmayan cəhətləri olur. Onlar Avropada kifayyət qədər tanınan, söz sahibi olan komandadır. Biz onlarla 90 dəqiqə hücum oynaya bilmərik. Mümkün qədər şanslardan istifadə etməyə çalışacayıq.

-Ötən mövsüm “Şerif”in baş məşqçisi hazırda bizim ölkədə çalışır. Ondan hansısa bir məsləhət almısınızmı?

“Qarabağ”ın sonuncu çempionat oyununu izləyib lazımı qeydlərimizi aparmışıq. Biz oyuna yaxşı hazırlaşdığımızı düşünürük. Heç bir baş məşqçidən heçnə öyrənməmişik.

-“Şerif” ötən mövsüm qrup mərhələsində çıxış etmişdi. Bu il bu təkrarlanmasa, sizin klubdakı gələcəyinizə təsir edəcək?

Qarşımıza qrup mərhələsinə düşmək kimi bir tapşırıq qoyulmayıb. Bizim heyətimiz yenidir. Əgər alınmasa bu faciə olmayacaq. Ancaq bütün hallarda sabah qrup mərhələsi üçün ən yaxşı oyunumuzu ortaya qoyacayıq.

 

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43