Çempionlar Liqasının II təsnifatnda “Sürix”lə qarşılaşacaq “Qarabağ” isveçrəlilərlə dueldən qalib ayrılsa növbəti mərhələdə nisbətən zəif rəqiblə qarşılaşacaq.
İdmanxeber.az xəbər verir ki, Ağdam klubu II təsnifatda “Sürix” səddini keçsə, növbəti mərhələdə də səpələnmişlər sırasında yer alacaq.
“Qarabağ” 4 cütdən biri ilə və ya Kiprin “Apollon” (Limassol) klubu ilə üz-üzə gələcək. “Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq) cütünün qalibi “Qarabağ”a rəqib olmayacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Səpələnmişlər
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi
“Srvena Zvezda” (Serbiya)
“Makkabi” (Hayfa, İsrail) – “Olimpiakos” (Yunanıstan) cütünün qalibi
HİK (Finlandiya) – “Viktoriya” (Plzen, Çexiya)
“Qarabağ” (Azərbaycan) – “Sürix” (İsveçrə)
“Jalgiris” (Litva) – “Malmö” (İsveç)
Səpələnməmişlər
“Lüdoqorets” (Bolqarıstan) – “Şemrok Rovers” (İrlandiya)
“Maribor” (Sloveniya) – “Şerif” (Moldova)
“Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç)
“Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya)
“Apollon” (Limassol, Kipr)
“Pünik” (Ermənistan) – “Düdelanj” (Lüksemburq)
III təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq.