29 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ” üçün daha bir məşhur komanda

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın yoxlama görüşü keçirəcəyi növbəti rəqibi müəyyənləşib.

İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi ikinci yoxlama görüşünü Rumıniya nəhəngi “Styaua”ya qarşı keçirəcək. Qarşılaşma iyulun 3-ü Avstriya vaxtı ilə saat 17:30-da (Bakı vaxtı ilə saat 20:30-da) başlayacaq

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama oyununda iyunun 30-u Avstriyanın “SV Horn” klubu ilə üz-üzə gələcək. Qurban Qurbanovun komandası digər yoxlama görüşünü isə iyulun 7-də Rusiyanın “Lokomotiv” (Moskva) klubuna qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43