“Qarabağ” Premyer Liqada qarşılaşacağı AZAL və Avroliqada “pley-off” mərhələsində üz-üzə gələcəyi “Yanq Boyz”la matç öncəsi ciddi itki ilə üzləşib.
İdmanxeber.com sportal.az-a istinadən xəbər verir ki, komandanın yay transfer pəncərəsində heyətinə qatdığı mərakeşli futbolçu Al Harbi Al Jadeouyi sıradan çıxıb. Belə ki, onun ayağında ikinci dərəcəli yırtıq aşkarlanıb. Futbolçunun ən azı 15-20 gün oynamayacağı dəqiqdir.