UEFA klubların reytinq siyahlısını açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, 456 komandanın yer aldığı siyahıda Azərbaycan klublarında ən yaxşı nəticə “Qarabağ”dadı.
Ağdam təmsilçisi hesabındakı 11,375 xalla 133-cü pillədədi. Ötən həftə 139-cu pillədə olan “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Monteneqro təmsilçisi “Rudar”ı keçdikdən sonra 6 pillə irəliləyib.
Qeyd edək ki, digər klublarımızdan “Neftçi” (9,125) 158-ci, “İnter” (4,375) 274-cü, “Xəzər Lənkəran” (3,875) 290-cı, “Qəbələ” (3,125) 329-cu, “Bakı” və AZAL (hər ikisi 2,625) 354-cüdü.