2014-cü il arxada qalsa da geridə buraxdığımız illə bağlı tədbirlər davam edir. Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi və nəzdindəki `Sportsman` jurnalının təsis etdiyi `Zəfər` yüksək idman nailiyyətləri layihəsində ötən ildə fəqlənənləri təltif ediblər. Ötən il Azərbaycan çempionu olan, Avrokubokda olduqca uğurlu çıxış edən `Qarabağ` da 2 nominasiyada fərqlənib. Artıq, 10 ildən çoxdur `Qarabağ` Futbol klubunun vitse-prezidenti olan, `Qarabağ` FK-nın formalaşmasında qurduğu stategiya ilə böyük rol oynayan cənab Tahir Gözəl Azərbaycan futbolunun inkişafındakı xidmətlərinə görə təltif olunub.
`Qarabağ`tədbirdə daha bir mükafat alıb. Qeyd etdiyimiz kimi “Qarabağ”ın geridə buraxdığımız ildə bir sıra müvəfəqiyyətlər əldə etməsi nəticəsiz qalmayıb. `Qarabağ` Futbol Klubu qurum tərəfindən İlin idman klubu mükafatını alıb.