Milli komanda

Moldova AFFA-nın təklifinə “yox” dedi

Azərbaycan və Moldovanın futbol federasiyaları Antalyada təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşünün keçirilməsi barədə razılığa gələ bilməyib.

İdmanxeber.com-un məlumatına görə, iki ölkə federasiyası həqiqətən fevralın sonunda yığma komandalar arasında yoldaşlıq görüşünün keçirilməsi barədə danışıqlar aparıb, lakin tərəflər matçın keçirilmə tarixi ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər.

Azərbaycan 24 fevral, Moldova isə 22 fevral tarixini təklif edib. Bu gün Moldova Futbol Federasiyası (MFF) Bakıya mümkün gələcək əməkdaşlıqdan imtina barədə məktub göndərib.

Bu məlumatı Sports.md nəşrinə MFF-nın vitse-prezidenti İon Testemitsanu təsdiq edib. (Report.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43