Karyerasını ABŞ-da davam etdirən Ansi Aqolli sabiq komandası “Qarabağ”ın çempionluğuna biganə qalmayıb.
İdmanxeber.az-ın məlumatına görə, albaniyalı futbolçu Nyu-York küçələrində “Qarabağ”da geyindiyi ağ rəngli forma ilə çəkdirdiyi şəkli instaqram səhifəsinə paylaşıb.
Albaniya millisinin sabiq kapitanı azərbaycanca “Ardıcıl 6-cı dəfə çempionuq” yazaraq, buna 2013-cü ildən başladıqlarını vurğulayıb və ingiliscə “sevimli Qarabağ” ifadəsini yazıb.