“Qarabağ” AZAL-la oyuna hazırdır. Premyer Liqanın XXI turunda “təyyərəçilər”i qəbul edəcək komanda hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir.
Ağdam klubunun heyətində zədəli yalnız Admir Telidir. Albaniyalı hələ 2 həftə sonra meydanlara dönəcək. Əvəzində Antalyada keçirilən təlim-məşq toplanışı zamanı zədələnən Nikoloz Gelaşvili təmamilə sağalıb və baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə meydana çıxacaq.
Qeyd edək ki, “Qarabağ” – AZAL görüşü sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyun saat 17:00-da start götürəcək. (klub saytı)