“Qarabağ”ın zədəli futbolçusu Ansi Aqolli dekabrın 10-da “Anderlext”lə Belçikada baş tutacaq oyunu buraxa bilər.
İdmanxeber.com-un məlumatına görə, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.
Təcrübəli çalışdırıcı bildirib ki, albaniyalı futbolçunun zədəsi ciddidi. Onun “Anderlext”lə oyunda oynayıb-oynamayacağı sual altındadı.
Əvəzində komandanın kapitanı Rəşad Sadıqovun vəziyyəti yaxşıdı. Böyük ehtimalla müdafiəçi Belçikada komandasına kömək edə biləcək.
Qeyd edək ki, komandanın digər üzvləri – Əlhərbi Əl-Jadeuyi və Reynaldo da uzun müddətdi ki, zədədən əziyyət çəkir və hər iki oyunçunun “Anderlext”lə görüşü buraxacağı dəqiqdi.