21 Dekabr 2024
Kateqoriyasız

“Qarabağ”a iki qol vuran futbolçu danışdı

“Tottenhem”də Avropa Liqasındakı debüt matçımda iki qol vurduğum üçün çox şadam. İlk hissədə hesabda geri düşdük və qələbə qazanmaq üçün daha yaxşı oynamalıydıq. Qalib gəldiyimiz üçün çox xoşbəxtik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Tottenhem”in futbolçusu Hin-Min Son klubun rəsmi saytına açıqlamasında deyib.

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qalib gəldikləri oyunda dubl edən cənubi koreyalı futbolçu vurduğu qolu belə şərh edib:

“İlk qol mənim üçün erkən oldu. Andros künc zərbəsindən ötürmə etdi və top sürpriz şəkildə qabağıma düşdü. Dele Alli də yaxşı futbolçudur. Gənc və istedadlıdır. Onunla yaxşı anlaşırıq. Azarkeşlərə gəlincə, onlar inanılmaz idi. Qrup mərhələsində evdə üç oyunumuz var idi. Onların hamısında qalib gəlmək istəyirik. Daha çox çalışacağıq və bunun bəhrəsini görəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43