Antalyanın Belek bölgəsində yağmış qar “Qarabağ”ın planında dəyişikliyə səbəb olub.
İdmanxeber.az-ın məlumatına görə, Çexiyanın “Bohemians” klubu ilə 12:00-da start götürməli olan yoxlama oyunu meydanın qardan təmizlənməsində yaşanan çətinliyə görə ləngiyir. Oyunun başlama vaxtı dəqiqləşən kimi məlumat veriləcək.
Komanda bu gün ikinci yoxlama matçında saat 18:00-da Polşanın “Visla Krakov” klubu ilə qarşılaşacaq.