“Marsel”in baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ”la oyunundan öncə mətbuat konfransında iştirak edib.
İdmanxeber.az-ın məlumatına görə, argentinalı mütəxəssis sabah Ağdam klubuna qarşı keçiriləcək matçla bağlı jurnalistlərin suallarını cavablandırıb.
– “Klermon”la oyundan qabaq demişdiniz ki, “Marsel”in özünəməxsus oyunu olsun. Bu haqda fikriniz necədi?
– Bu, yalnış fikirdi. 1 ilə yaxındı komandadayam. Mənim komandalarım eyni üslubda oynayıb və buna sadiq qalıblar. Elə bir söz deməmişəm.
– “Klermon”la oyunda məğlub oldunuz. Bu barədə fikriniz necədi?
– Başa düşürəm ki, 2 qol buraxdıq. Amma göstərdiyimiz oyun hesabda özünü əks etdirmir. Ən yaxşı oyunlarımızdan birini göstərdik. Təəssüf ki, hesabda bu, özünü göstərmədi.
– Son matçda bəzi oyunçular yorulmuşdu. Onların fiziki hazırlığı haqda fikriniz necədi?
– Yorğunluğu anlayıram. Yorğunluğa baxmayaraq ən yaxşı oyunçulara güvənəcəm. “Qarabağ”a qarşı çətin olacaq. Amma mərhələni keçməyə çalışacağıq.
– Qurban Qurbanov bildirdi ki, “Qarabağ” hücum futbolu oynayacaq. “Marsel” müdafiədə oturacaq, yoxsa başqa planlarınız var?
– Bilirəm, “Qarabağ” hücum futbolu oynayır. Bu klubda millidə oynayanlar var. Rəqibin qarşısını almaq üçün hər hansı tədbirlər görməyə çalışacağıq.
– “Lans” və “Anje” oyunlarındakı sisteminizi başa düşmədik. Bilmək istəyirdik ki, komanda bundan sonra hansı taktika ilə oynayacaq?
– Komanda uduzanda və qalib gələndə hər kəs bunu özünəməxsus formada görür. Oyunu düzgün analiz etsək, görəcəyik ki, hər hansı böyük taktiki dəyişikliklər olmayıb. Həmişə eyni şeyi edib, uduzsaq sizinlə razılaşarıq. Qələbə qazanıb, uduzanda hərə özünəməxsus şəkildə bunu görə bilər.