Kateqoriyasız

Mahir Emreli “Dinamo”da niyə forma şansı tanımır? – baş məşqçi səbəbi açıqladı

“Sevilya” ilə oyunda Mahir Emrelinin mübariz formada olmadığı göründü. Onun gəlişi də gecikdi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri  “Dinamo”nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Jelko Kopiç futbolçumuz haqqında danışarkən deyib.

45 yaşlı mütəxəssis evdə “Sevilya”ya qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında azərbaycanlı hücumçunun uzun müddət məşq etmədiyini və komandaya gec qoşulduğunu xatırladıb:

“Hücumçunu yavaş-yavaş mümkün olan ən yaxşı vəziyyətə gətirəcəyik. İnanırıq ki, tezliklə bizə meydanda nə isə qazandırmağı bacaracaq”.

Qeyd edək ki, fevralın 24-də keçiriləcək “Dinamo” – “Sevilya” matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Komandalar arasındakı ilk görüşdə Zaqreb təmsilçisi 1:3 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43