“Qarabağ” zədəli futbolçusu Rəşad Sadıqovdan şad xəbər alıb.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, komandayla birgə məşqlərə başlayan kapitanın “Tottenhem”lə matçda oynayıb-oynamayacağı sual altında idi. Lakin həkimlər təcrübəli müdafiəçinin ingilislərlə oyunda meydana çıxa biləcəyini deyib. Beləliklə, Sadıqov “Tottenhem”lə baş tutacaq oyunda komandasına kömək edə biləcək.
Qeyd edək ki, “Qarabağ” – “Tottenhem” matçı noyabrın 26-da, saat 22:00-da keçiriləcək.