“Qarabağ”a vurduğum qola ona görə sevinmədim ki, öz komandamıdır. “Kəpəz”də icarə əsasında oynayıram. Əvvəlsədən də fikirləşmişdim ki, bu oyunda qol vursam sevinməyəcəm”.
İdmanxeber.com-un “CBC-Sport”a istinadən yaydığı xəbərə görə, bu sözləri hazırda “Kəpəz”də çıxış edən Namiq Ələsgərov “Qarabağ”la Topaz Premyer Liqanın bugünkü oyunundan (1:2) sonra deyib.
“Şükür ki, qol vurdum. Çox təəssüf ki, bu qol bizə yetmədi və xal qazana bilmədik. Buna çox üzülürəm. Eybi yox. Bundan sonrakı oyunlara baxacağıq”.
Qeyd edək ki, millimizin də üzvü olan Ələsgərov mövsüm sonuna kimi icarə əsasında Gəncə klubunun şərəfini qoruyacaq.