Avropa Liqasının pley-off mərhələsi çərçivəsində dünən Almaniyanın “Ayntraxt” klubu ilə oyunda Ağdam klubunun futbolçusuAnsi Aqolli bu mövsüm avrokuboklarda ikinci sarı vərəqəsini alaraq Frankfurtdakı oyunu buraxacaq.
İdmanxeber.com-a bu barədə klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.
Belə ki, qarşılaşmanın 45-ci dəqiqəsində makedoniyalı futbolçu kobud oyuna görə, bu mövsüm avrokuboklarda “Qarabağ”ın heyətində ikinci sarı vərəqəni alıb və 29-u səfər matçında komandaya kömək edə bilməyəcək.