Ermənistanın “Şirak” klubunun futbolçusu Lernik Kazaryan vəfat edib.
İdmanxeber.az-ın məlumatına görə, Kazaryan müalicə aldığı xəstəxanada ölüb. O, sentyabrın 5-də baş vermiş avtomobil qəzasından sonra komaya düşmüşdü.
Kazaryan Qarabağdakı 44 günlük müharibə vaxtı Ermənistan ordusunun sıralarında olub.