Kateqoriyasız

“Qarabağ”dan 87-ci böyükhesablı qələbə

“Qarabağ”  mövsümdə 3-cü böyükhesablı qələbəsini qazanıb.

İdmanxeber.com-un məlumatına görə, PFL-in saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubu ev oyununda “Xəzər Lənkəran”ı 3 cavabsız qolla keçib.

Cari mövsümdə VIII turda “Zirə”ni 4:1, XIII turda “Kəpəz”i 3:0 hesabı ilə məğlub edən ağdamlılar ən azı 3 top fərqilə olan qələbələrin sayını 3-ə çatdırıb. Bununla da “Qarabağ” uğursuz seriyaya da son qoyub. Belə ki, çempionatın lideri XV turun “İnter”lə dekabrın 6-da keçirilən oyunundan (1:0) sonra 4 tur idi qalib gələ bilmirdi. 62 gündən sonra qələbə qazanan çempion bu müddətdə 3 heç-heçə edib, 1 dəfə uduzmuşdu. Bu, “Qarabağ”ın ölkə çempionatları tarixində 87-ci böyükhesablı qələbəsidir. Ağdam klubu bu göstəricidə yalnız “Neftçi” (116) və “Kəpəz”dən (92) geri qalaraq, 3-cü pillədə qərarlaşıb.

Ölkə çempionatları tarixində ən çox böyükhesablı qələbə qazanan 10 komanda arasında “Turan” (59), “Bakı” (52), “İnter” (45), “Xəzər Lənkəran” (42), “Şəmkir” (38), “Xəzər” S (31) və “Viləş” (22) də yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43