“Yeni ildən öncə “Qarabağ”dan çox az oynayacağımla bağlı xəbərdarlıq aldım. Bir bədbəxtlik və qəribəlik var”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”dan ayrılan İslandiya millisinin qapıçısı Hannes Halldorsson deyib.
Ölkəsinin “Valyur” klubu ilə 2022-ci ilə qədər müqavilə imzalayan təcrübəli qolkiper daha sonra sölərinə belə davam edib:
“Bura gəlmək səhv addım idi. Darıxdırıcı vəzifə idi. Azərbaycanda yaşadıqlarım barədə bir kitab yaza bilərəm. Son 3 il karyeramın ən yaxşı dönəmləri idi. Bu qərar doğru olmadı”.
Qeyd edək ki, Halldorsson “Qarabağ”a ötən yay Danimarkanın “Randers” klubundan keçmişdi.