Son turlar Premyer Liqa oyunları biabırçı hakim səhvləri ilə yadda qalır. Hakimlərin yanlış qərarları bəzi klubların da "səbr kasası"nı daşırmağa vadar edir. Artıq "Qəbələ" klubu bu gün "Neftçi"yə qarşı (1:0) keçirilən oyundan sonra bəyanat yayaraq belə qərarların tərəfdarı olmadıqlarını və ədalətli futbol istədiklərini bildirib (http://idmanxeber.com/xeber/34383/).
Xatırladaq ki, bu gün keçirilən "Qəbələ" – "Neftçi" matçında qeydə alınan yeganə qol oyundankənar vəziyyətdən vurulub.
Belə bir bəyanatın "Qarabağ" klubu tərəfindən də yayılacağını düşünsək də, bu, olmayacaq.
Belə ki, İdmanxeber.com-a verdiyi qısa açıqlama zamanı Ağdam klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov yaxın gələcəkdə belə bir bəyanatın yayılmayacağını bildirdi:
"Qarabağ" klubu hakim qərarlarına etiraz etmir. Yaxın zamanda da klubumuz qeyd etdiyiniz formada bəyanat yaymayacaq".
Qeyd edək ki, "Qarabağ" klubunun son iki oyununda da hakimlərin şübhəli qərarları müzakirıələrə səbəb olmuşdu.